Bu ölkə qadınları orduya çağırmağa başlayıb
02.02.2016 505 0.0 0

Cari ilin yanvar ayında Norveç parlamenti silahlı qüvvələrə qızların çağırışını genişləndirmək haqqında qərar qəbul edib.

Qazeta.info "Report"-a istinadla xəbər verir ki, beləliklə Skandinaviya ölkəsi Avropada və NATO-da hərbi xidməti hər iki cins üçün mütləq bilən ilk ölkə olub.

"Hüquq və vəzifələr hamı üçün eyni olmalıdır. Silahlı qüvvələrə cinsindən asılı olmayaraq ən yaxşı kadrlar lazımdır", — deyə deputat Layla Qustavsen bildirib.

Hazırda Norveç müvafiq yaş qrupunda olan 60 min nəfərdən ildə təqribən 10 min nəfəri orduya çağırır.  


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar