Bu ölkələrdə `quş qripi` yayıldı
30.11.2016 708 0.0 0

İranda H5N8 virusuna (“quş qripi”) yoluxan 500 min toyuq məhv edilib.

"Haber7"yə istinadən xəbər verilir ki, bunu İran Baytarlıq İdarəsinin sədri Mehdi Halaç deyib. 

Onun sözlərinə görə, İranda 4 quşçuluq fabrikində xəstəlik aşkarlanıb: “Yüksək səviyyədə H5N8 virusu aşkar edildiyindən 513 min toyuq məhv edilib”.

Məlumata görə, Rusiya və Yaponiya quşçuluq fabriklərində də "quş qripi" aşkarlanıb. Yaponiyada 310 min toyuq məhv edilmək üçün ayrılıb, 165 min ördək isə öldürülüb.

Avropa İttifaqı ölkələrindən Fransanın quşçuluq təsərrüfatlarında bu virus təsbit edilib. Fransalı mütəxəssislər hesab edirlər ki, ölkədəki təsərrüfatlara bu yoluxucu xəstəlik xaricdən gələn quşlar vasitəsilə keçir. Ona görə də Fransada ölkəyə gətirilən quş və quş məhsullarına ciddi nəzarət etməyə başlayıblar. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar