Bu ölkələr də Putinə qarşı çıxdılar
30.07.2015 821 0.0 0

Albaniya, İslandiya, Lixteyşteyn, Monteneqro, Norveqiya və Ukrayna Rusiyaya qarşı sanksiyalara qoşulublar. 

Məlumata görə, Avropa Birliyi Rusiyaya qarşı sanksiyaları gələn il yanvarın 31-dək uzadıb.

Söhbət əsasən Rusiyanın maliyyə, energetika və hərbi-sənaye sektorlarından gedir. Qeyd edək ki, Albaniya ilə Monteneqro Avropa Birliyinə üzvlüyə namizəddirlər. Amma digər namizədlər Serbiya ilə Makedoniya Rusiyaya qarşı sanksiyalara qoşulmayıblar.

 


Avropa Birliyi

Bu barədə qərar Brüsseldə keçirilən iclasda qəbul edilib. Ötən gün isə Aİ xarici işlər şurasında təsdiqlənib.

"Qərara altı ay müddətinə uzadılır. Bu şuraya Minsk razılaşmasının yerinə yetirilib-yetirilməməsini qiymətləndirməyə kömək edəcək", deyə sənəddə bildirilir. 

Aİ ötən ilin avqust ayında Rusiyaya qarşı iqtisadi sanksiyalar qəbul edib. Sentyabr ayında isə sanksiyaların əhatə dairəsi genişləndirilib. Silah, ikilitəyinatlı texnologiya malların idxal-ixracına embarqo tədbiq edilib. 

 


Maja Kosijancic

 

Sanksiyaların məqsədi Rusiyanı Ukraynanın şərqində atəşkəs barədə Minskdə fevral ayında əldə olunmuş sazişi gözləməyə məcbur etməkdir. Bunu öz Twitter səhifəsində Aİ sözçüsü Maja Kosijancic qeyd edib. Aİ və ABŞ sanksiyaları prezident Putinin çevrəsi, Rusiya dövlət bankları, Rusiya hərbiyyəsi və enerji şirkətlərinə qarşı tətbiq edilir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar