Bu ölkə koronavirusun delta ştamına qalib gəldiyini elan etdi
21.11.2021 285 0.0 0

Yaponiyada COVID-19-a yoluxma halları virusun delta ştamının özünü məhv etməsindən sonra azalıb.

Qazeta.info "Report" istinadla xəbər verir ki, bunu Milli Genetika İnstitutunun professoru İturo İnoue "Japan Times" qəzetinə müsahibəsində deyib.

O, koronavirusun delta ştamının daimi mutasiyalar səbəbindən yoxa çıxdığını irəli sürüb.

Bundan əlavə, Yaponiyada yüksək peyvəndləmə və infeksiyadan qorunmaq üçün tədbirlərə riayət edilməsi səbəbindən yoluxma halları azalıb.

Ölkədə üç ay ərzində yoluxmaların sayı 26 minə çatsa da, bu gün yoluxma 200-i keçmir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar