İsrail hökuməti müsəlmanların qəzəbinə səbəb ola biləcək daha bir addım atmaq niyyətindədir.
Məlumata görə, İsraildə “azanın səs-küy yaratdığı” iddiası ilə irəli sürülən azan qadağası qanununun qanunvericilik işləri üzrə nazirlik komissiyasında səs verməyə qoyulması gözlənilirdi.
Lakin İsrail sərhədləri çərçivəsində 5 vaxt azanın qadağan edilməsi haqqında qanun layihəsi parlamentdəki ərəb deputatlar və insan haqları komitəsinin etirazı ilə qarşılanıb.
İsrail parlamentinin ərəb millət vəkili Əhməd Tibi qanun layihəsini İslama qarşı və irqçi adlandırıb.
“Bu qanun layihəsi İsraildə İslam əleyhinə və irqi ayrı-seçkilik yaradan nümunələrdən ən yenisidir. İsraildə ən radikal hakimiyyət iqtidardadır və bu qanunu hazırlayan deputatlar bu hökumətin nümayəndələridir”, - deyə əlavə edib.
İsrail parlamentinin daha bir ərəb deputatı Basil Qattas isə qanun layihəsini İsraildə müsəlmanlara və ərəblərə qarşı mənfi münasibəti nümayiş etdirən utancverici nümunələrdən biri adlandırıb.
İsrail Demokratiya İnsitutu Təşkilatı parlamentin qanunvericilik işləri üzrə komissiyasının üzvlərinə mesaj yollayaraq azan qadağası qanun layihəsinin hazırlanmasını rədd etməyi tələb edib. İnsitutun rəsmi shifəsində bəyan edilib ki, “bu qanun layihəsinin işlənib hazırlanmasında əsas məqsəd dini sərbəstliyin məhdudlaşdırılmasdır”.
Məktubda o da yer alıb ki, “əgər bu qanun layihəsi qəbul olunarsa, ayrı-seçkiliyə və müsəlman toplumunun incidilməsinə səbəb olacaq. Bərabərliyin, din azadlığının qorumasına çalışan bir hökumtin belə bir qanunun qəbul edilməsinə icazə verməməsi lazımdır”.
İsrailin 8,5 milyon əhalinin 2 milyonunu 1948-ci il işğalından sonra öz yurdlarında qalan fələstinlilər təşkil edir./anspress/