Bu ölkədə 40 ilin ən böyük quraqlığı baş verib
14.12.2021 332 0
Somali ərazisinin 90 faizini ağuşuna alan quraqlıq son 40 ilin ən böyük qıtlıq yaradıb.
“Report” xarici KİV-ə istinadən xəbər veri ki, iqlim dəyişikliyi ilə əlaqələndirilən quraqlıq son üç il ərzində bölgədə yağıntı düşməməsi nəticəsində ortaya çıxıb.
“Oxfam” beynəlxalq təşkilatının Somali nümayəndəliyinin rəhbəri Əmcad Əli təbii fəlakət üzündən milyonlarla sakinin ac qaldığını bildirib.
Quraqlıq fəlakəti, daxili hərbi münaqişə, habelə çəyirtkə hücumları nəticəsində Somali əhalisinin yarısına yaxını, yəni 7,7 milyon insanın yaxın vaxtlarda təcili humanitar yardıma ehtiyacı olacaq.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər