Bu meyvənin qabığı piyləri yandırır
30.10.2016 787 0.0 0

Hər birimiz portağalın bol miqdarda C vitamini ilə zəngin olduğunu bilirik. Portağalın özü kimi, qabığı da çox faydalıdır. Onun qabığını zibilə atdığınıza görə, peşman olacaqsınız. Belə ki, portağalın tərkibindəki antioksidantlar yağların yandırılması prosesini sürətləndirir.

Portağal qabığı çayının reseptini təqdim edirik:

Portağal qabığını sərin yerdə qurudun. 1 qaşıq portağal qabığı qurusunu 1 stəkan isti suya töküb ,10 dəqiqə dəmləyin. Qabıqlarını çıxarıb içinə 1 çay qaşığı bal əlavə edərək gündə 2 dəfə yeməkdən bir saat sonra için. Bu çay bağırsaq hərəkətlərini tənzimlədiyi üçün həzmə yaxşı təsir göstərir, həmçinin, mədə pozğunluğunu aradan qaldırır.

Portağal qabığındakı kalium, protein, vitaminlər dərimiz üçün çox faydalıdır. Onun qabığından müxtəlif maskalar hazırlamaq olar. Məsələn, tərkibindəki C vitamini sayəsində portağal qabıqları təbii ağardıcı hesab olunur. Vanna qəbul edərkən yuyulmuş portağal qabıqlarını suya atın./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar