Bu marşrutlar 20 saat işləyəcək
19.06.2017 907 0.0 0

Bakı Nəqliyyat Agentliyi (BNA) 23-25 iyun tarixlərində paytaxtımızda keçiriləcək Formula 1 Azərbaycan Qran-Pri yarışı ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz və rahat faəliyyətini təmin etmək məqsədi ilə zəruri tədbirlərin icrasını davam etdirir.

Qazeta.info BNA-nın mətbuat xidmətinə istinadla bildirir ki, “Bakı Şəhər Halqası” Əməliyyat şirkətinin müraciətinə əsasən, yarış günlərində keçiriləcək mədəni-kütləvi tədbirlərdə iştirak edəcək şəxslərin ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq məqsədi ilə 3 marşrut xətti üzrə avtobusların 20 saatlıq iş rejimində işləməsi qərara alınıb. Beləliklə, 23-25 iyun tarixlərində 5, 53 və 65 nömrəli marşrut xətti üzrə avtobuslar səhər saat 06:00-dan gecə saat 02:00-dək sərnişinlərə xidmət göstərəcək. Bakı Nəqliyyat Agentliyinin müvafiq qərarının icrası ilə bağlı 5, 53 və 65 nömərli marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq məktubu da ünvanlanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar