Bu marketlər alıcıları aldadır-SİYAHI
15.09.2015 808 0.0 0

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
Qazeta.info İSN-nin məlumatına əsasən bildirir ki, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı
 

Bakının Nərimanov rayonunda
- Qarabağ küçəsi, 26 ünvanında Zahid Zeynalova məxsus mağazada;


Qaradağ rayonunda
- Qobustan qəsəbəsində Sərxan Vəliyevə və Səməd Quliyevə məxsus mağazalarda;
- Səngəçal qəsəbəsində Müşfiq Sarıyevə məxsus mağazada;


Sabirabad kəndində
- Qalağayın kəndində Mirzəxan Məmmədova məxsus mağazada;


Yevlax şəhərində
- Nizami küçəsi, 53 ünvanında "Yevlax Ekpress Nəqliyyat" ASC-yə məxsus yeməkxanada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

 

Bakının Qaradağ rayonunda
- Müşfiqabad qəsəbəsində Laçın Bədirova məxsus mağazada;


Gəncə şəhərində
- Əttarlar küçəsi, 57 ünvanında Elxan Qocayevə məxsus mağazada;


Goranboy rayonunda
- Nadirkənd kəndində Cavanşir Quliyevə məxsus mağazada;

 

Sabirabad rayonunda
- Qaratuğay kəndində Nizami Məmmədova məxsus mağazada;


Xaçmaz rayonunda
- Qaraqurtlu kəndində Rübabə Yusifovaya məxsus mağazada;
- Xaçmaz şəhərində Niyaməddin Məmmədova və Rəna Əkbərovaya məxsus mağazalarda;


Ağsu şəhərində
- M.V.Vidadi küçəsində Elşən Səfərova məxsus mağazada;


Şəki rayonunda
- Qırxbulaq kəndində Nazim Cəfərova məxsus mağazada;


Oğuz şəhərində
- İ.Rəhimov küçəsində Hikmət Yusifova məxsus mağazada;


Astara şəhərində
- C.Cabbarlı küçəsi, 16 ünvanında Ülfət Rəhimovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülmüşdür.
İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, Nazirliyin internet saytı (www.economy.gov.az) və "Facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar