Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ötən ay ərzində istehlak bazarında monitorinqlər aparıb.
Dövlət Komitəsindən verilən məlumata görə, 56 adda məhsul laborotoriyada yoxlanılıb və bəzi məhsullarda nöqsanlar aşkarlanıb.
Analizlərin cavabından sonra məlum olub ki, "Evrokond" MMC-nin "Yuvelirnoye" nişanlı şəkərli peçenyesi, "Vesyoliy zoosad" nişanlı sərt peçenyesi və "Rot Front" nişanlı "leqenda" vaflisi ümumi mikroorqanizimlərin sayına görə standartın tələblərinə cavab vermir.
Polşa istehsallı "Mister Ron" nişanlı şokaladlı konfetdə də nöqsanlar aşkarlanıb. Bu konfetdə bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.
Digər bir yoxlamada isə məlum olub ki, "Cəlilabad Şərab 2" ASC-nin "Starıy mayak" nişanlı arağındakı alddehidlərin miqdarı standartın tələblərinə cavab vermir./anspress/