Biz bədənin sağlam olması üçün çox səy göstəririk. Lakin balanslaşdırılmış pəhrizlər olmayanda çəkdiyimiz əziyyətlər puça çıxır. Hər gün məşq edib sağlam həyat tərzi sürə bilərsiniz, bununla belə pəhrizinizin düzgün deyilsə, siz müsbət nəticələr əldə edə bilməcəksiniz. Əgər siz orqanizmin fəaliyyəti üçün zəruri olan qidalı maddələr və vitaminləri qəbul etməsəniz, onda toksinlər xaric olmayacaq, nəticə etibarı ilə sizə çox ziyan vuracaq.
Qazeta.info Publika.az -a istinadla oxucuları orqanizmin detoksikasiyası üçün sadə reseptlə tanış edib.
Orqanizmin təmizlənməsi prosesi həyati sağlamlıq üçün zəruridir, əgər zəhərli maddələr bədəndə toplanıb qalarsa, siz öz orqanlarınıza ciddi ziyan vurursunuz. Bu resept çəkini aşağı salmağa və bədəni təmizləməyə kömək edəcək.
İnqrediyentlər:
Tumsuz qara gavalı 150 qram
Kişmiş 150 qram
5 fincan qaynanmış su
Hazırlanması:
5 stəkan qaynanmış suya gavalı və kişmiş əlavə edib daha 15 dəqiqə qaynamağa qoyun. Oddan götürün və soyumasını gözləyin.
Hər gün acqarına bu mayedən bir xörək qaşığı için. Bu, bütün zəhərli elementlərin bədəndən çıxmasını təmin edir. Şübhəsiz ki, cövhər qəbizlik probelmi üçün də ən səmərəli vasitələrdən biridir.
Bir neçə gün sonra səhhətinizin yaxşılaşdığını, əhlavınızın yüksəldiyini hiss edəcəksiniz. Bundan başda tədricən böyük səy göstərmədən çəkinizin azaldığını müşahidə edəcəksiniz.