Bu insanların ölkədən çıxışına qadağa qoyuldu – SİYAHI
20.11.2015 878 0.0 0

Vergilər Nazirliyi dövlət büdcəsinə borcu olan 202 vergi ödəyicisinin ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırıb. Qazeta.info bildirir ki, Fins.az-ın nazirliyə istinadən yaydığı məlumata görə, bu tədbir “İcra haqqında” qanuna və Vergi Məcəlləsinə əsasən həyata keçirilib. Vergi ödəyicilərinin ölkədən getmə hüququ məhkəmə qərarlarına əsasən məhdudlaşdırılıb. Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi bu şəxslərin ölkədən kənara çıxmasına icazə verilməyəcək. Onların siyahısı ilə buradan tanış olmaq mümkündür.

Ölkədən çıxmağa icazəsi olmayan vergi ödəyicilərinin 47-si Bakı şəhərindən, 5-i Sumqayıtdan, 11-i Gəncədən, 3-ü Mingəçevirdən, 3-ü Şəmkirdən, 8-i Şəkidən, 1-i Naftalandan, 6-sı Zaqataladan, 25-i Bərdədən, 1-i Qəbələdən, 1-i Qobustandan, 5-i Qubadan, 5-i Ağstafadan, 4-ü Balakəndən, 2-si Gədəbəydən, 9-u Göyçaydan, 1-i Göygöldən, 1-i Hacıqabuldan, 5-i İmişlidən, 2-si Kəlbəcərdən, 4-ü Kürdəmirdən, 3-ü Masallıdan, 3-ü Neftçaladan, 2-si Qaxdan, 4-ü Qazaxdan, 3-ü Qubadlıdan, 2-si Saatlıdan, 3-ü Sabirabaddan, 1-i Şabrandan, 3-ü Salyandan, 1-i Şamaxıdan, 3-ü Şirvandan, 3-ü Tovuzdan, 2-si Ucardan, 3-ü Xaçmazdan, 13-ü Yevlaxdan, 1-i Zəngilandan, 1-i Zərdabdan, 1-i Ağcabədidən, 1-i isə Ağdamdandır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar