Bu ilin dövlət büdcəsində səhiyyə xərcləri artırılır
18.02.2016 556 0.0 0

Azərbaycan 2016-cı ildə təhsil xərclərini 86 mln. manat və ya 11,5% artırır.
 
Məlumata görə, bu, "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər layihəsində əksini tapıb.
 
Qanun layihəsində bu il üçün səhiyyə xərcləri 830,8 mln. manat nəzərdə tutulub.
 
Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 108,150 mln. manatı poliklinikalar və ambulatoriyalara, 347,672 mln. manatı xəstəxanalara, 6,364 mln. manatı səhiyyə sahəsində digər xidmətlərə, 4,895 mln. manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara,  363,731 mln. manatı səhiyyə sahəsinə aid edilən digər xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcək.
 
2016-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə dəyişikliklərlə bağlı qanun layihəsində poliklinikalar və ambulatoriyalara ayrılan vəsait 145 min manat, xəstəxanalara 5 mln. manat, səhiyyə sahəsində digər xidmətlərə 406 min manat, səhiyyə sahəsində tətbiqi tədqiqatlara 50 min manat azaldılıb. Bunun əvəzində səhiyyə sahəsinə aid edilən digər xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcək vəsaitin 92 mln. manat artırılması nəzərdə tutulub.
 
Ümumi səhiyyə xərclərində artıma məhz səhiyyə sahəsinə aid edilən digər xidmətlərin maliyyələşdirilməsinə yönəldiləcək vəsaitin daha çox nəzərdə tutulması səbəb olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar