Bu il qarlı yollarda yıxılaraq xəsarət alanların sayı xeyli artıb
06.02.2017 829 0
Bu il havaların qarlı və şaxtalı keçməsi nəticəsində yıxılaraq xəsarət alanların sayı ötən illərlə müqayisədə xeyli artıb. Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, əgər ötən il qarlı havada yıxılaraq xəsarət alanların sayı 10-12 nəfər idisə, bu il onların sayı 76 nəfər olub. Onun sözlərinə görə, qarlı havalarda sürüşüb yıxılaraq xəsarət alanların 66-sı müxtəlif zədələrlə xəstəxanalara çatdırılıb: “Şaxtalı və qarlı hava şəraiti uzun müddət davam etdikdə xəsarət alnlaırn da sayı çox olur. Ümumilikdə isə son 5 ildə yıxılaraq xəsarət alan və təcili yardıma müraciət edən insanların sayı az olub. Bu il rəqəmlər xeyli yüksəlib”./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər