Bakı Metropoliteninin tikilməkdə olan “Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları bu ilin birinci yarısında sərnişinlərin istifadəsinə veriləcək.
ANS TV-nin məlumatına görə, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildiirb ki, hazırda hər iki stansiyada avadanlıqlar quraşdırılır və abadlıq işləri həyata keçirilir. Stansiya ətrafında avtobus dayanacaqları qoyulub. Avtovağzal stansiyasının Biləcəri istiqamətinə olan 8-ci çıxışında da işlər yekunlaşmaq üzrədir. Tikinti işlərinin qrafikə uyğun aparıldığını deyən qurum rəsimisi bu stansiyaların digərlərindn üstünlüklərindən də danışdı.
Yeni stansiyalardan xüsusilə əlil vətəndaşlar rahatlıqla istifadə edə biləcək. Belə ki, digər sərnişinlərdən fərqli olaraq əlil insanlar yerin üstündən liftlər vasitəsilə birbaşa platformaya enə biləcəklər. Yeni vaqonlarda onlar üçün nəzərdə tutulmuş yerlərdə hərəkət edə biləcəklər.
“Avtovağzal” və “Memar Əcəmi 2” stansiyaları metronun bənövşəyi xəttinə daxildir. Bu stansiyalarda hərəkət üçün gətiriləcək yeni vaqonlar digərlərindən rahatlığı, genişliyi və havatəmizləyici sisteminini olması ilə fərqlənir. Stansiyaların platforması 7 vaqonlu qatarlar üçün nəzərdə tutulub. Hazırkı stansiyaların platormassında isə 5 vaqon dayana bilir./anspress/