Bu il manat yenə ucuzlaşacaq
08.04.2015 767 0.0 0

"Neft 70 dollar həddini keçərsə, manatla bağlı sabitlik olacaq. Hətta milli valyuta müəyyən qədər bahalaşa bilər. Əgər neft 30-40 dollara düşərsə, o zaman ikinci devalvasiyanın olması qaçılmazdır". 

Məlumata görə, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib. O bildirib ki, bu halda devalvasiya 20-30% həcmində ola bilər.

"Mənim fikrimcə manatın ucuzlaşması prosesi parlament seçkilərinə qədər davam edəcək. Seçkilərdən sonra bu proses səngiyəcək. Hesab edirəm ki, ilin sonuna kimi manat 10% ucuzlaşacaq. Yəni, dollar 8 aya manat qarşısında möhkəmlənəcək və minimum 1,12 AZN olacaq", - deyə iqtisadçı bildirib. 

Samir Əliyev dolların 1,5 AZN olacağı ilə bağlı iddialarla razılaşmadığını bildirib. Mütəxəssis hesab edir ki, hər şey neftin qiymətindən asılıdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar