Bu il bu ölkələrdə çevriliş olacaq – Rusiya, Türkiyə...
02.02.2017 2771 0.0 0

2017-ci ildə çevriliş riskinin böyük olduğu ölkələrin siyahısı hazırlanıb.

Qazeta.info Axar.az -a istinadla xəbər verir ki, siyahı “Vaşinqton Post” qəzeti tərəfindən tərtib edilib. Qəzet hazırladığı siyahıya 161 ölkəni daxil edib. Bu il dünyada ən real çevriliş olma ehtimalı Burundidədir. Ondan sonrakı yeri Tailand və Mərkəzi Afrika Respublikası tutur. İlk beşliyi Çad və Türkiyə tamamlayır. Maraqlı məqam odur ki, hətta Suriya (Suriya siyahıda altıncı yerdədir – red.) kimi ölkədə çevriliş cəhdi Türkiyədən daha az real görünür. İlk onluğu isə Sudan, Qvineya Bissau, Qambiya və Liberiya tamalayır.

Pakistan da çevriliş ola biləcək dövlətlər siyahısına daxil edilib. İslamabad 14-cü yerdə qərarlaşıb. Postsovet məkanında isə çevriliş üçün əsas namizədlər Rusiya və Ukraynadır. Rusiya 20, Ukrayna isə 22-ci yeri tutur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar