Bu il Azərbaycan `AvtoVAZ` avtomobillərinin idxalını 63% azaldıb
30.11.2017 863 0.0 0

Bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın “AvtoVAZ” şirkətinin Azərbaycana ixrac etdiyi “Lada” avtomobillərinin sayı 63% azalıb.

 

“Kommersant” qəzetinə istinadən verilən məlumata görə, bu ilin 9 ayı ərzində “Lada” avtomobilləri əsasən Qazaxıstan, Almaniya, Belarus, Macarıstan və Ukraynaya ixrac edilib.

 

Belə ki, 9 ay ərzində ötən ilin analoji dövrü ilə müqayisədə “AvtoVAZ” Qazaxıstana avtomobil ixracını 10%, Ukraynaya 49% azaldıb. Belarusa ixrac isə bu dövr ərzində 43% artaraq 2300 ədədə çatıb. Avropa ölkələrinə isə ixrac 31% artaraq 5004 ədəd artıb.

 

Bu ilin sentyabr-sentyabr ayları ərzində “AvtoVAZ” şirkətinin ixrac gəlirləri 7,3 mlrd. rubl təşkil edib. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar