Bu il ali məktəblərə qəbulun keçid balları açıqlanıb
28.03.2017 891 0.0 0

Bu il Azərbaycanda ali məktəblərə I-IV ixtisas qrupları üzrə qəbul zamanı müsabiqə şərtləri açıqlanıb.

Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə bildirib ki, I ixtisas qrupu üzrə müsabiqəyə ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan  fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), II ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan  fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), III ixtisas qrupunda ümumi balı 200-dən, hər hansı bir ixtisas fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında  ayrılan yerlər üzrə ümumi balı 300-dən və hər bir imtahan  fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan), IV ixtisas qrupunda isə ümumi balı 250-dən, hər hansı bir imtahan  fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 250-dən və hər bir imtahan  fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər buraxılırlar.

 

DİM rəsmisi əlavə edib ki, bəzi ixtisaslar üzrə müsabiqə şərtlərində müəyyən dəyişiklər var: “Belə ki, I qrupun “Riyaziyyat”, “Fizika”, “Nəqliyyat tikintisi mühəndisliyi, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları mühəndisliyi”, “Geologiya, elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə ixtisaslarına ümumi balı 250-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-da az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlərə ümumi balı 300-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan), “Kompyuter elmləri” ixtisası üzrə ümumi balı 300-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan 4 imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə topladığı nisbi balı 10-dan az olmayan) abituriyentlər müsabiqədə iştirak edə biləcəklər”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar