Bu İttifaq Türkiyəsiz dağıla bilər
30.12.2015 656 0.0 0

“Çətin ki, Türkiyə yaxın 20 il ərzində Avropa Birliyinə (AB) daxil ola bilsin”.

 Rusiya mətbuatına istinadla verilən məlumata görə, bu sözləri Avropa Birliyinin informasiya cəmiyyəti məsələləri üzrə komissarı Günter Ettinqer deyib. Ettinqer bildirib ki, Tükiyə yaxın illərdə birliyə daxil olmasa, İttifaq dağılacaq. 

"Avropa Birliyinin dağılmasına ciddi təhlükələr var. Çünki Birlikdə populist hökumətlər hakimiyyətə gəlir”. 

Avropa rəsmisi Türkiyənin birliyə daxil olmasını istisna etsə də, Balkan yarımadasında yerləşən dövlətlərin qəbul edilməli olduğunu bildirib. 

“Biz Avropanın digər ölkələrinin də şərtlərə əməl etdikləri halda birliyə daxil olması üçün şərait yaratmalıyıq”. 

 

Günter Ettinqer - AB-ın informasiya məsələləri üzrə komissarı 


1987-ci ildə üzvlük üçün müraciət edən Türkiyə ilə Avropa Birliyi arasında müzakirələr 2005-ci il oktyabrın 3-də rəsmən başladı. 

Müzakirələrin ilk hissəsinin 2006-cı ilin sentyabrından yekunlaşdırılması nəzərdə tutulurdu. Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) hakimiyyətə gəldikdən sonra ittifaqla danışıqlar zəiflədi. Rəsmi Ankara üzünü Avropadan şərqə çevirərək müsəlman ölkələri ilə münasibətlərini yaxşılaşdırmağa başladı. 

Avropa Birliyi miqrant və Yunanıstan isə maliyyə böhranı baş verdikdən sonra dağılma təhlükəsi ilə üzləşdi.

Birlik Yunanıstanın maliyyə böhranını özü həll etsə də, miqrant axının qarşısını təkbaşına ala bilmədi. İyun ayından başlayaraq Suriya, İraq, Liviya və Əfqanıstandan olan qaçqınlar Avropaya axın etməyə başladı. Avropa Birliyi dövlətləri isə bu axının qarşısını yalnız sərhədləri bağlamaqla ala bilirdilər. Amma vəziyyətin gərginliyini görən ölkələr 30 ildir ki, Avropa Birliyinin “qapısında” gözlətdikləri Türkiyəyə müraciət etməyə məcbur oldular. 

 

Avropa Birliyinə daxil olan ölkələr və birliyə namizəd olan Türkiyə (qırmızı rənglə işarələnib)


Türkiyə ilə əldə olunan razılaşmaya əsasən rəsmi Ankara Avropaya gələn miqranların qarşısını almağın əvəzində vətəndaşları üçün “Şhengen” ölkələrinə vizasız səfər etmək imkanı qazanacaq. 

Avropa ölkələri Türkiyəni birliyə qəbul etməsələr də ona olan ehtiyaclarını gizlədə bilmirlər. Ümumilikdə isə birliyə yalnız xristian ölkələri qəbul edilib. Bəzi hallarda birlik "xristian ittifaqı"da adlandırırlar. Çox ehtimal ki, Türkiyənin də birliyə qəbul edilməməsinin əsasında elə bu amillər dayanır. Çünki 80 milyon əhalisi olan Türkiyənin Avropa Birliyinə qəbul edilməsi qitədə islam təsirinin artmasıdır. 

Avropa Birliyi 1951-ci il 18 apreldə yaradılıb. İlk vaxtlar ittifaq Avropa Kömür və Polad Birliyi adlandırılb. Hazırda isə tərkibinə 28 dövləti daxildir. Təşkilatın mənzil qərargahı Brüsseldə yerləşir. Birlik Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən yaradılıb./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar