Bu gün Milli Məclisin növbəti plenar iclası başlayıb
17.05.2016 648 0.0 0

 Qazeta.info APA-nın məlumatına əsasən bildirir ki, gündəliyə 27 məsələ daxildir. 
 
İclasda Milli Məclisin komitələrinin tərkibində dəyişikliklər edilməsi, “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında onların diplomatik və xüsusi pasportlara malik müvafiq vətəndaşları üçün viza tələbinin ləğv edilməsi haqqında Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi, “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında” Memorandumun təsdiq edilməsi, "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi, "Sanitariya-epidemioloyi salamatlıq haqqında", Cəzaların İcrası Məcəlləsində, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" qanunda, "Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə"də, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanunda, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" qanununda, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanununda, Miqrasiya Məcəlləsində, Meşə Məcəlləsində, "Hesablama Palatası haqqında" qanununda, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda, "İcra məmurları haqqında" qanunda, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" qanununda, Cinayət Məcəlləsində, "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" qanunda, Əmək Məcəlləsində, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" qanunda, "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları"nda dəyişikliklər edilməsi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi, 
 
Vergi Məcəlləsində, "Dövlət rüsumu haqqında" qanunda dəyişiklik barədə qanun layihələri və "Elm haqqında" qanun layihəsi müzakirə ediləcək.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar