BU GÜN İMAM RZA (Ə) MÖVLUD GÜNÜDÜR.
05.09.2014 1455 0.0 0

 

Şiələrin səkkizinci imamı Həzrət Əli ibn Musa Rza (ə) peyğəmbərin pak sülaləsindən və peyğəmbərin səkkizinci canişinidir. 

O, otuz beş yaşında şiələrin rəhbərlik və imamlıq məsuliyyəti öhdəsinə götürdü və onun yaşayışı Əbbasi xəlifələrinin zamanında olmuş və onlar imama çox əziyyət və çətinliklər yaradırdılar.Sonda Əbbasi xəlifəsi Məmun onu 55 yaşında şəhid etdi. Bu yazı xülasə şəkildə o cənabın həyatının müxtəlif cəhətlərini təhqiq edir.

Onun mübarək adı Əli. Künyəsi Əbülhəsən və ən məşhur ləqəbi "Rza" (yəni razılıq) olmuşdur. Onun övladı və doqquzuncu imam olan Muhəmməd Təqi (ə) atasının bu ləqəblə adlandırılma səbəbini belə nəql edib: "Allah ona Rza ləqəbini verdi çünki asimanda Allah və yerdə peyğəmbər və pak imamlar ondan razı idilər və onu imamlıq üçün bəyənmişdilər. Həmçinin imamın gözəl əxlaq və rəftarına görə dostları, yaxınları və düşmənləri də ondan razı idilər". O həzrətin (ə) məşhur ləqəblərindən biri də "Ali Muhəmməd alimi " dir. Bu ləqəb onun elm və biliyinin zahir olmasına görədir.
İmamın hörmətli atası şiələrin yeddinci imamı İmam Musa Kazim (ə) idi və O, 183 h.q (799) ilində Harun Əbbasinin əliylə şəhid edilib və hörmətli anasının adı Nəcmə idi.

Həzrət Rza (ə) 148 ci h.q Ziqədə ayının 11 də (29 dekabr 765) Mədinə şəhərində dünyaya göz açmışdır. Anası tərəfindən belə nəql olunur: "O həzrətə hamilə qaldıqdan sonra özümdə heç bir ağırlıq hiss etmədim, yatdığım zaman Allaha təsbihin səsini və "La İlahə İlləllah" zikrini öz qarnımdan eşidirdim. O, dünyaya gəldikdən sonra əlini yerə qoyaraq başını asimana qaldırdı və dodaqlarını tərpətdi; elə bil nə isə deyirdi." Buna oxşar hadisə başqa imamların və peyğəmbərlərin anadan olması zamanı da nəql olunmuşdur, buna misal Həzrət İsa (ə) anadan olduqdan sonra Allahın iradəsi ilə beşikdə dil açıb xalqla danışıb ki, bu hadisə Quranda da nəql olunmuşdur.

İmam Rzanın (ə) imamlığı dəfələrlə hörmətli atası, əcdadları və peyğəmbər tərəfindən elan edilmişdir. Xüsusilə İmam Musa Kazim (ə) dəfələrlə xalqın hüzurunda onu özündən sonra imam kimi tanıtdırmışdı.

 

İmamın necə şəhid olması barəsində belə nəql edirlər ki, Məmun öz xidmətçilərindən birinə belə əmr verdi ki, öz dırnağını uzatsın və sonra əmr etdi ki, əlini xüsusi zəhərə batıraraq dırnaqları arasında zəhər qalsın və öz zəhərə bulaşmış əlləri ilə nar dənələyərək Məmunun əmrinə itaət etsin. Məmun zəhərli narı İmamın qarşısına qoyaraq israr etdi ki, İmam ondan yesin. Ancaq Həzrət (ə) imtina etdi və Məmun yenə israr etdi və iş o yerə çatdı ki, İmamı ölümlə hədələdi. İmam məcbur olaraq bir qədər o zəhərli nardan yedi. Bir neçə saat keçdikdən sonra zəhərin nəticəsində İmamın halı dəyişdi və səhəri gün sübh 29 səfər 203 cü hicri tarixində (5 sentyabr 818 ci il) İmam Rza (ə) şəhid oldu.
Allahın qüdrəti və iradəsi ilə İmam Cavad (ə) (imamın oğlu və ondan sonrakı imam) düşmənlərin gözündən uzaq imama qüsl verərək ona namaz qıldı və onun pak bədəni çoxlu şiə və onu sevənlərin müşayiəti ilə Məşhəddə dəfn edildi.

 

HAZIRLADI İLAHİYYATÇI:

DİLQƏM HÜSEYNOV.


Teqlər:BU GÜN İMAM RZA (Ə) MÖVLUD GÜNÜDÜR.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar