Bu gün Günəş tutulması müşahidə olunur
01.09.2016 714 0
Bu gün 2016-cı ilin ikinci Günəş tutulması hadisəsi baş verəcək.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov açıqlamasında deyib ki, hadisə Bakı vaxtilə saat 11:13-də başlayıb, saat 17:00-da sona çatacaq, əsasən Afrika qitəsində, Hind okeanı hövzəsində, Atlantik okeanın bir hissəsində müşahidə olunacaq. Azərbaycandan isə bu təbiət hadisəsini müşahidə etmək mümkün olmayacaq.
2016-cı ilin ilk Günəş tutulması martın 9-da baş verib.
Qeyd edək ki, 2016-cı ilin mart ayında Ay tutulması da baş verib. Növbəti ay tutulması isə sentyabrın 16-da olacaq. Hadisə Azərbaycandan da müşahidə ediləcək./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər