Sabah Bakının Nəsimi, Yasamal, Nərimanov rayonları, həmçinin Quba rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Qazeta.info bildirir ki, bu barədə "Report"a “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, istismar müddəti başa çatmış diametri 250 mm-lik siyirtmənin yenisi ilə əvəzlənməsi və yeni çəkilmiş diametri 76 mm-lik qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi məqsədilə fevralın 19-da saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun 2, 3, 4-cü mikrorayonlarında, A.Qurbanov və H.Ələskərova küçələrində, Yasamal rayonunun Şərifzadə küçəsi, 1-ci və 2-ci Alatava qəsəbələrində, Nərimanov rayonunun Ağa Nemətulla, Y.V.Çəmənzəminli və Ə.Qayıbov küçələrinin, eləcə də Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.