Bu gün Azərbaycanda 35 banka 300 milyon dollar satılıb
15.01.2016 558 0
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, fond tərəfindən 200 milyon ABŞ dolları, Mərkəzi Bank tərəfindən isə 100 milyon dollar, ümumilikdə 300 milyon dollar məbləğində vəsait hərraca çıxarılmış və 35 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər