Bu gecə evdən çölə çıxmayın - XƏBƏRDARLIQ
16.09.2016 2483 0.0 0

Sentyabrın 16-dan 17-nə keçən gecə ay tutulması baş verəcək.

Məlumata görə, bu astronomik hadisə ən çox Rusiya ərazisində müşahidə olunacaq.

 

Məlumata görə, Rusiyanın Avropa hissəsində və Qərbi Sibirdə ay tamamilə tutulacaq. Uzaq Şərqdə isə qismən baş verəcək.
 

Ayın tutulması Moskva vaxtı ilə 19:54-də başlanacaq, saat 21:54-də maksimum həddə çatacaq. Ay tutulması 23:54-də isə başa çatacaq.
 

Rusiyalı münəccim Yelizaveta Nebesnaya deyib ki, ayın tutulması metohəssas insanlara təsir edəcək.
 

“Xüsusilə məyusluq, pərişanlıq yaradır. Özünün stressdən uzaq tutun. Çalışın həmin vaxt evdə ailənizin yanında olasınız. İdmanla məşğul olmayın, ağırlıq qaldırmayın”, - deyə o xəbərdarlıq edib.

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov bildirib ki, ilin ikinci ay tutulması Bakı vaxtı ilə saat 21:57-də başlayıb, 01:54-də sona çatacaq. Bu tutulma Azərbaycanda da müşahidə ediləcək. Tam tutulma olmadığına görə, onu adi gözlə müşahidə etmək çox çətin olacaq. /publika.az/
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar