Astaranın Pensər kəndində yerləşən tarixi ev uçmaq təhlükəsi ilə üzləşib. Tarixi tikilinin divarları və dam örtüyü uçub tökülür. İçərisindəki eksponatlar da baxımsızlıq ucbatından sıradan çıxır.
Dam hissəsi çöküb,divarlar uçub dağılır. 2 əsrə yaxın yaşı olan tarixi ev uçmaq təhlükəsi ilə üzləşib. Bu tikili Lənkəran xanının vəziri olmuş Mirzə əhmədin Astaranın Pensər kəndində yerləşən evidir.1837-ci ildə inşa edilən bu bina Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi tikili kimi qeydiyyata alınıb.
Rəşt,ənzəli və digər şəhərlərdə təhsil almış bu şəxs bölgənin tanınmış insanlarından olmaqla yanaşı,1882-83-cü illərdə Cənub bölgəsində baş vermiş bir çox tarixi məqamları da qələmə alıb.
Lakin, XIX əsrə aid ola tarixi ev içərisindəki qiymətli eksponatlarla birlikdə tamamilə sıradan çıxmaq təhlükəsi ilə üzləşib.Oradakı qiymətli əşyaların bir qismi muzeylərə aparılıb,qalanları isə gün keçdikcə baxımsızlıq ucbatından sıradan çıxır.
Məsələ ilə bağlı Astara Mədəniyyət və Turzim Şöbəsinin abidələr mühafizəçisi Baloğlan Xudadov bildirdi ki, həmin evin hazırki vüzəyyəti barədə Mədəniyyət və Turzim Nazirliyinə məlumat verilib./xezerxeber.com/