Bu ermənilər Bakıya gəlir
14.05.2015 905 0.0 0

İlk Avropa oyunlarında iştirak edəcək cüdo, atıcılıq və boksda Ermənistanın nümayəndələrinin adları məlum olub. 

Məlumata görə, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək yarışlarda bu ermənilər gələcək.

Atışda erməniləri Qraçik Babayan (pnevmatik tüfəng) və Norayr Arakelyan (pnevmatik tapança) təmsil edəcəklər. 

Cüdoçuların yarışlarında yarışlarında Bakıda tatami üzərinə bu ermənilər çıxacaq: Oqanes Davtyan (60 kq) , David Nikoqosyan (73 kq) və Janna Stankeviç (52 kq).

Atıcılıq idmanı üzrə Ermənistan yığmasının əsas məşqçisi Seyran Nikoqosyan idmançıların məşqlərini İrəvanda davam etdirdiyini və iyunun 14-də Bakıya yola düşəcəklərini bildirib.

Atıcı Qraçik Babayan (pnevmatik tüfəngdən 10 və 50 m atış) yarışlara iyunun 16-da və 20 çıxacaq . Norayr Arakelyan 18 və 21 iyunda (pnevmatik tapançadan 10 və 50 m atış) meydana çıxacaq.

Boksçulardan Azərbaycan rinqinə çıxan idmançılar bunlardır: Artyom Aleksanyan (49 kq), Narek Abqaryan (52 kq), Aram Avakyan (56 kq), Samvel Barseqyan (60 kq), Oqanes Baçkov (64 kq), Nikol Artünyan (81 kq).

Baş məşqçi Karen Aqamalyan Bakıya 14 iyunda yola düşəcəklərini və 15 də açılışda iştirak edəcəklərini qeyd edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar