2660720 və 2130221 seriya ilə buraxılmış “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırıldı
Qazeta.info xəbər verir ki bu baradə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Mərkəzin açıqlamasında bu qərara səbəb kimi, “Sanofi” şirkəti tərəfindən hal-hazırda davam edən tədqiqatlara əsasən “Lozap®” ticari adlı losartan potassium - 50 mg tərkibli örtüklü tabletlər №30 (3x10) blisterdə, karton qutu qablaşdırmada, 2660720 seriyalı, son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriyalı, son istifadə tarixi 1/1/2023 olan dərman vasitələrinin tərkibində azid qatışıqlarının yol verilən gündəlik maksimum limitdən çox olması ehtimal edildiyi qeyd edilir. Bu ehtimalı nəzərə alaraq, 2660720 seriya ilə buraxılmış son istifadə tarixi 1/6/2022 olan və 2130221 seriya ilə buraxılmış son istifadə tarixi 1/1/2023 olan “Lozap®” ticari adlı dərman vasitəsitələri geri çağırılması qərarı qəbul olunmuşdur və ölkəyə idxalı, ölkədə topdan və pərakəndə satışı dayandırılmışdır.