Bu ailə evdə nəhəng öküz saxlayır - VIDEO
15.02.2017 963 0.0 0

ABŞ-ın Texas ştatında yaşayan Ronni və Şeron Bricisin ailəsində ağırlığı 1300 kq olan bizon var.

ABC-yə istinadən bildirilir ki, "Wild Thing" adlı bu nəhəng buğa ər-arvadla birlikdə yemək yeyir, televizora baxır, evdə dolaşır, hətta vanna qəbul edir.

10 il əvvəl Ronni və Şeronun toylarında "Wild Thing" təzə bəyin sağdışı da olub.

"Bu öküz ailənin bir üzvüdür. Onunla birlikdə vaxt keçirməkdən həzz alırıq. Amma "Wild Thing" nəhəng olduğundan evdə bəzi qapıları dəyişməli, enlətməli olduq.

60 yaşlı Ronni fermerdir və əvvəllər 52 bizondan ibarət naxırı vardı. Lakin gözləri zəifləyəndən sonra sadəcə, "Wild Thing"i saxlayıb.

44 yaşlı Şeron isə öküzü qəzəbləndirməməyə çalışdıqlarını söyləyib./Milli.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar