1941-1945-ci illərdə Şərq cəbhəsində xeyli sayda xarici müxbir işləyib. Peşəsini sevən jurnalistlər, fotoqraflar həyatları bahasına ən təhlükəli yerlərə, qaynar nöqtələrə gedir, şəkillər çəkirdilər.
Lakin müharibə sona çatsa da, Sovet hakimiyyəti həmin yerlərdə çəkilən bir çox şəkillərin yayılmasını qadağan etmişdi. Çünki həmin kadrlarda müharibə edənlərin apardıqları təcrübələr, hərbi sirlər ifşa edilirdi, bəzi şəkillər isə sırf sovet hakimiyyətinin nüfuzunu qorumaq üçün nümayiş etdirilmirdi.
oxuculara Sovet hakimiyyəti zamanı qadağan edilən həmin 24 şəkli təqdim olunur.
Alman hərbçiləri bu uşaqların valideynlərini əsir götürüb, evlərini dağıdıblar. 1942-ci ilin sonu./anspress/
Əldən düşmüş 18 yaşlı rus qızı Dahau hərbi düşərgəsindən azad edilən gün. 1945-ci il
Kütləvi güllələmə zamanı alman əsgər ukraynalı yəhudini öldürür
Avstriyada elmi təcrübələr üçün əsir edilən adamlar. 1945-ci il, 7 may
Sağ qalmış rus əsgər hərbi düşərgədə əsirləri döyən mühafizəçini müəyyən edir. Almaniya, 1945-ci il, 14 aprel
14 yaşlı polşalı məhbus Çeslava Kvoka
Alman qadın 57 rus əsgərinin qəbirdən çıxarılmış meyitlərinin yanından keçərkən oğlunun gözlərini yumur. 1945-ci il, 3 may
Almaniyanın məğlubiyyətini eşidəndə ağlayan 15 yaşlı alman əsgər
62-ci Stalinqrad qoşunu, əsgərlər içərisində 2 qadın da var. Odessa. 1944-cü il, aprel
Rusiyada nasistlər
3 sovet qadın-partizanı
Stalinqrada doğru uçan bomba
Sovet hakimiyyətinin əsiri olan alman əsgər, 1943-cü il, fevral
Kazak blokunun komandiri öz qoşunlarının hərəkətini izləyir. Xarkov, Ukrayna. 1942-ci il, 21 iyun
Sovet qadını öz yumruğu ilə alman əsirləri təhdid edir. 1944-cü il, 14 fevral
Xarabalıqlar içərisində at. Stalinqrad, 1942-ci il, dekabr
Rus qadını və onun yanan evi. 1942-ci il
Səngərdə alman əsgəri
Çayı keçən sovet pulemyotçuları. 1945-ci il, yanvar
ABŞ qoşununun əsgəri
Sovet əsgərləri Stalinqradda evin damında. 1943-cü il, yanvar
Qırmızı meydanda Qələbə günü. 1945-ci il, 9 may
1945-ci il 13-15 fevralda bombardmandan sonra Drezden
Elbada dostluq görüşü zamanı ABŞ və sovet zabitləri. 1945-ci il, aprel