BTC-dən neft oğurlanıb- Kəmər deşilib
30.05.2017 843 0
Bakı-Tbilisi-Ceyhan (BTC) Əsas Txrac Boru Kəmərinin Türkiyədən keçən hissəsində oğurluq olub.
“Bolgegundem.com” saytına istinadən verilən məlumata görə, oğurluq Adana rayonunun Sarıçam qəsəbəsinə bağlı Baklalı məhəlləsində qeydə alınıb. Taxıl zəmisində 1 metr yer qazılıb və həmin ərazidən keçən kəmər deşilib. Bir çən xam neft oğurlanıb.
Faktla bağlı araşdırma aparılır.
BTC-nin operatoru olan "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətindən isə "APA-Economics"ə bildirilib ki, hadisənin qeyd edilən boru xəttinə aidiyyəti yoxdur: "BTC öz normal rejimi ilə çalışır və hazırda Azərbaycan neftini daşımaqdadır. Bu hadisə digər bir boru kəmərində baş verib"./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər