Britaniyada 190 kişini zorlayan aspiranta hökm oxundu – FOTO
07.01.2020 15088 0.0 0

Böyük Britaniya məhkəməsi İndoneziyalı Reynhard Sinaqunu 159 kişini zorlamaqda günahkar bilib.

HB xəbər verir ki, məhkəmə ona ömürlük həbs cəzası tətbiq edib.

36 yaşlı aspirant Mançester şəhərinin klublarında kişilərlə tanış olaraq onları evinə çağırıb və burada narkotik təklif edib. Sinaqu narkotiklərdən huşunu itirən kişiləri zorlayıb və əməllərini telefona çəkib.

Zərərçəkənlərin bir çoxu nə baş verdiyini bilməyib və bundan zorlamanı əks etdirən kadrları göstərdikdə xəbər tutub.

Polis 190 kişinin zorlanmasına dair sübutların olduğunu açıqlayıb. Lakin bir neçə nəfərin şəxsiyyəti məlum olmadığından onları şahid qismində istintaq prosesinə qatmaq mümkün olmayıb./oxu.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar