Britaniya vətəndaşlarına xəbərdarlıq edib: Belarusa getməyin!
19.02.2022 296 0.0 0

Böyük Britaniya öz vətəndaşlarına Belarusa getməmək barədə xəbərdarlıq edib.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyi məcburi səfərlər istisna olmaqla, Belarusa getməməyə çağırıb.

Açıqlamada Belarusun Yelsk, Mazır, Reçitsa, Luninets, Qomel, Asipoviç, Baranoviç və Brest şəhərlərinə səfər etməmək barədə xəbərdarlıq yer alıb.

"Ötən aydan başlayaraq Rusiya qüvvələrinin Ukrayna sərhədlərində, o cümlədən Belarusla sərhəddə toplanması hərbi əməliyyat təhlükəsini artırıb", - bəyanatda deyilir.

Fevralın 11-də Böyük Britaniya vətəndaşlarından Ukraynaya getməməyi və ölkəni tərk etməyi tələb edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar