Britaniya baş nazirinin Çinə rəsmi səfəri başlayıb
31.01.2018 762 0
Britaniyanın baş naziri Tereza Mey Çinə rəsmi səfər edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
Məlumatda bildirilir ki, baş nazir Mərkəzi Çinin Hubey vilayətinin Uxan şəhərinə gəlib. Britaniya hökumətinin rəhbəri Çinə 3 günlük səfəri çərçivəsində bu ölkə rəhbərliyinin yüksək vəzifəli şəxsləri ilə görüşəcək.
Səfərin əsas məqsədi ikitərəfli ticarətin fəallaşdırılması və optimallaşdırılması məsələləri ilə bağlı danışıqlar aparmaqdır.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər