Brilliant Dadaşova bacısının qalmaqallı açıqlamasından danışdı (VİDEO)
11.02.2016 748 0.0 0

Xalq artisti Brilliant Dadaşova bacısı Sədaqət Dadaşovanın “Zuhal Topalla İzdivaç” evlilik verilişində qalmaqallı çıxışına münasibət bildirib.

Hazırda Türkiyədə olan ifaçı bildirib ki, Sədaqət xanım türk dilini yaxşı bilmədiyi üçün anlaşılmazlıq olub. 

“Sədaqət türk dilində danışa bilmir. Əfsuslar olsun ki, o, öz fikirlərini izah edə bilmir. Xoşagəlməz şeylər ortaya çıxır. Onun üçün də belə cəfəngiyat ortaya çıxır”. 

Brilliant Dadaşova əlavə edib ki, bacısı ilə birlikdə Türkiyədə bir evdə qalır. İfaçı hazırda Türkiyədə bir neçə mahnı aranjiman etdirdiyi üçün orada olduğunu bildirdi.

 


Ötən gün Brilliant Dadaşovanın bacısı, aktyor, xalq artisti Rəfael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşova Türkiyədə "Zuhal Topalla İzdivaç" proqramında qalmaqallı açıqlama edib. 

 

 


Sədaqət Dadaşova evlilik verilişində (1.54-cü dəqiqədən sonra) 

Sədaqət Dadaşova evlilik proqramında 27 il əvvəl eşq macərası yaşadığını deyib. S. Dadaşova bu münasibətin 7 il davam etdiyini açıqlayıb. Onun sözlərinə görə, Asif adlı kişidən 20 yaşlı bir oğlu da var. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar