«Brexit» nefti ucuzlaşdırmaqda davam edir
27.06.2016 491 0
Dünya bazarında neftin ucuzlaşması davam edir.
Qazeta.info "APA-Economics"-ə istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,23 dollar azalaraq 47,41 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,08 dollar azalaraq 48,33 dollar olub.
Qeyd edək ki, neftin ucuzlaşmasına təsir edən əsas amil Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıdır ("Brexit").
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər