Brent neftinin qiymətində nəzərə çarpacaq artım
16.11.2016 641 0
Ötən gün axşam saatlarında dünya birjalarında neftin qiyməti qalxmaqda davam edib.
“RİA Novosti”yə istinadən verilən xəbərə görə, “Brent” markalı neft WTI neftinin ardınca 5 faizdən çox bahalaşıb.
Bakı vaxtı ilə 23.19-a qeydə alınmış göstəricilərə əsasən, “Brent” markalı neftin 1 barelinin dəyəri isə 5,02 faiz artaraq 46,66 dollar olub. WTI neftinin qiyməti 1 barelə görə 5,22 faiz artaraq 45,58 dollar təşkil edib.
Qeyd edək ki, neftin bahalaşmasına səbəb OPEK və təşkilata üzv olmayan digər ölkələr arasında neft hasilatının məhdudlaşdırılmasına dair sazişin əldə olunmasına ümid verən məlumatların yayılması olub. /apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər