Brent neftinin qiyməti beş aylıq maksimumu təkrarladıqdan sonra ucuzlaşır
21.04.2016 687 0.0 0

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,27 dollar azalaraq 43,91 dollar təşkil edib.

Məlumata görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar azalaraq 45,55 dollar olub.

 

Qeyd edək ki, Brent markalı neftin qiyməti ötən ilin dekabrından etibarın ilk dəfə olaraq 45 dollar səviyyəsini ötüb. Buna səbəb  ABŞ-da neft ehtiyatlarının həcminin gözləniləndın daha az olmasıdır. Lakin bundan sonra Küveytdə neftçilərin tətili dayandırması barədə gələn xəbər neftin ucuzlaşmasına səbəb olub. /apa/

 

Azərbaycan neftinin qiyməti artıb.

 

"APA-Economics" xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,48 dollar və ya 1,08% artaraq 44,91 dollar təşkil edib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar