Brent neft bahalaşıb
25.10.2017 630 0
Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.
"Qazeta.info APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barrelə görə 0,05 dollar və ya 0,10% azalaraq 52,42 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barrelinin dəyəri isə 0,07 dollar və ya 0,12% artaraq 58,40 dollar olub.
Azərbaycan nefti bahalaşıb.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,27 dollar və ya 0,46% artaraq 58,57 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər