Brent markalı neft ucuzlaşıb
24.11.2017 715 0
Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib.
Qazeta.info APA-ya istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar və ya 0,71% artaraq 58,43 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,30% azalaraq 63,36 dollar olub.
Azərbaycan nefti bahalaşmaqda davam edir.
Məlumata görə, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,38 dollar və ya 0,59% artaraq 64,80 dollar təşkil edib.
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər