Brent markalı neft bahalaşıb
14.02.2018 878 0
Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib .
APA-ya istinadla xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,02 dollar və ya 0,03% azalaraq 59,17 dollar təşkil olub.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar və ya 0,13% bahalaşaraq 62,80 dollar təşkil edib.
Azərbaycan nefti ucuzlaşmaqda davam edir.
Bildirək ki, "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 1,1 dollar və ya 1,70% azalaraq 63,69 dollar təşkil edib./apa/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər