Braziliyada atı həbs etdilər (VİDEO)
16.11.2017 1194 0
Braziliyanın Serjipi ştatında atı avtomobilə xəsarət yetirdiyinə görə "həbs ediblər".
"Globo" portalına istinadən verilən məlumata əsasən, atın sahibi Frasişku duş Santuş küçədə atla gezərkən bir neçə insan ona yaxınlaşıb atla gəzmək istəyiblər. Atın sahibi narazı olmasa da, at qorxub avtomobilin üzərinə qaçıb və nəticədə ona xəsarət yetirib.
Hadisə yerinə polis əməkdaşları gəlib və atı bölməyə aparıblar.
Qeyd olunur ki, atı növbəti gün sahibi vurulmuş ziyana görə məsuliyyəti üzərinə götürdükdən sonra azadlıqa buraxıblar./Trend/
Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər