Braziliya yığmasının keçmiş futbolçusu həbs edilə bilər
10.12.2019 591 0.0 0

Futbol üzrə Braziliya milli yığma komandasının hücumçusu Mişel Bastos cinayət məsuliyyətinə cəlb edilə bilər.

Bildirək ki, bu barədə “Le Parisien” mənbəyə istinadən məlumat yayıb.

Mənbə iddia edir ki, keçmiş futbolçu vergi saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur. Qeyd olunub ki, ona qarşı irəli sürülən ittihamlardan biri də 2018-ci ildə villasını narkotik alverçisinə satması olub. Buna görə braziliyalını həbs cəzası gözləyir.

Xatırladaq ki, karyerası ərzində Bastos Hollandiyanın "Feyenoord", Fransanın "Lill" və "Lion", Almaniyanın "Schalke 04" və İtaliyanın "Roma" kimi klublarında oynayıb. Braziliyalı hücumçu karyerasını bu ilin payızında bitirib. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar