Branza 30 yaşında ilk qızılını əldə etdi
24.06.2015 778 0.0 0
Fərdi şpaqa yarışında gümüş və bürünc medallar öz sahiblərini tapdı

Rumıniyalı Ana Maria Branza, Bakı 2015 ilk Avropa Oyunlarında dünən keçirilmiş qadınlar arasında qılıncoynatma yarışında ilk mərhələni uğurla başa vurmaq üçün 30 yaşında kifayət qədər təcrübəli idmançı idi.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Beijinq 2008 Olimpiya Oyunlarında gümüş və 2002 və 2011-ci il Dünya Çempionatında bürünc medallar qazanmiş Branza, şpaqa ilə fərdi yarışın finalında əsl döyüş vəziyyəti yaradıb və nəticədə 15-11 hesabı ilə rusiyalı Yana Zverevanı məğlub edərək qızıl medalı udub.

Dünya reytinqi cədvəlində iki nömrəli oyunçu olan Branza, yarım final mərhələsində dünyanın 3 nömrəli oyunçusu estoniyalı Erika Kirpunu 12-11 hesabında məğlub etdikdən sonra finala çıxa bilib.

Rumıniyalı idmançı oyunların gərgin keçməsinə baxmayaraq əldə etdiyi nəticədən razı qalaraq deyib:

Buraya sadəcə olaraq qılınc oynatmaqdan zövq aldığım üçün gəlmişəm. Bu mənim üçün tarixi bir məqamdır. Çünki adım çempion kimi illər boyu orada qalacaq. Çox gərgin oyun idi, lakin bu gün mənim günüm idi.-Ana Maria Branza

Erika Kirpu, Ukraynanın Olimpiya Çempionu Yana Şemyakinanı 14-13 hesabı ilə məğlub edərək, onu yarımfinala gedən yolunun üstündən uzaqlaşdırıb. Beləliklə, Kirpu bürünc medala layiq görülüb.

Digər bürünc medalın sahibi isə rumıniyalı Simona Qerman olub. O, gümüş medalçı Yana Zverevaya 15-8 xal hesabı ilə məğlub olub. 

Dünən baş tutmuş qadınlar arasında qılıncoynatma idman növünün şpaqa ilə fərdi yarışında qalib olmuş Branza, digər medala göz dikib. Belə ki, bu həftənin sonunda şpaqa ilə komanda yarışı keçiriləcək və rumıniyalı idmançının əsas hədəfi Rio 2016 Olimpiya Oyunlarıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar