«Boz kardinal» üzə çıxdı və İlham Əliyevlə görüşdüyünü açıqladı
10.11.2015 1083 0.0 0

"Boz kardinal” üzə çıxdı və İlham Əliyevlə görüşdüyünü açıqladı: “Çox maraqlı oldu...”
Gürcü milyarder, Gürcüstanın hakim “Gürcü arzusu” koalisiyasının de-fakto lideri və hakimiyyətin “boz kardinalı” Bdzina İvanişvili Azərbaycan prezidenti İlham Əliyevin Tiflisə səfəri zamanı onunla görüşdüyünü açıqlayıb.

Qazeta.info Virtualaz.org saytına istinadla  xəbər verir ki, İvanişvili görüşün “olduqca maraqlı olduğunu” bildirib.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 5-də Gürcüstana ikigünlük səfər edib. Onun rəsmi səfər proqramında Bdzina İvanişvili ilə görüş yer almayıb.Eyni zamanda Azərbaycan prezidentinin gürcü milyarderlər qeyri-formal görüşünə dair hər hansı informasiya mətbuata sızmayıb. Bu üzdən mətbuat təxmin etmişdi ki, İlham Əliyev “Qazprom”u Gürcüstanın kommersiya qaz bazarına buraxmaq üçün danışıqlar başladan İvanişvili ilə görüşə maraq göstərməyib.

“Bizim Əliyevlə söhbətimiz “Qazprom”la söhbətdən xeyli maraqlı oldu. “Milli hərəkat” tərəfindən “Qazprom” barədə qaldırılmış mövzu mövcud deyil və müvafiq olaraq bizim çox maraqlı görüşümüz, dostyana söhbətimiz oldu”-İvanişvili bildirib.

Xatırladaq ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze İvanişvilinin tapşırığı ilə “Qazprom”la danışıqlar başladıb. Eyni zamanda Gürcüstan İrandan qaz almağa maraq göstərir. Habelə İran neftinin və qazının Ermənistan üzərindən Gürcüstana nəqli, eləcə də Rusiya ilə İran arasında Ermənistan vasitəsilə svap qaz nəqlinə dair planlar gündəmdıdir. Bütün bunlar regionun energetika xəritəsində siyasi dəyişikliklərin yaşandığına dair qənaət formalaşdırıb. Azərbaycan prezidentinin Gürcüstana səfəri də məhz bu proseslərin getdiyi bir vaxtda baş tutub. Ilham Əliyevdən cəmi bir neçə gün əvvəl Ermənistan prezidenti Serj Sərkisyan Tiflisə səfər etmişdi və İvanişvili ilə erməni kilsəsinin açılışında görüşmüşdü.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar