Böyük qalmaqal: Prezidentlərin işi ilə bağlı araşdırma bitdi (FOTO)
21.11.2015 615 0.0 0

FİFA-nın Etika Komitəsi qurumun prezidenti Yozef Blatter və UEFA rəhbəri Mişel Platini ilə bağlı araşdırmalarını bitirib.

Məlumata görə, artıq işlə bağlı yekun hesabat Hans Yoakim Ekkertin başçılıq etdiyi FİFA Arbitraj Palatasına göndərilib .

FİFA-nın mətbuat üçün açıqlamasında bildirilir ki, məlumatların məxfi saxlanıldığına görə, Arbitraj Palatası hesabatın detalları və Blatterlə Platiniyə qarşı təklif olunan sanksiyalar barədə ətraflı informasiya verilməyəcək.

 


Hans Yoakim Ekkert -FİFA Arbitraj Palatasının sədri

 

FİFA-da korrupsiya ilə bağlı qalmaqal bu ilin yazında ABŞ-ın sorğusuna görə bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb. 

2018 və 2022 DÇ-na ev sahibliyi edəcək ölkələrin korrupsiya müqabilində seçilməsinə dair işi Federal Tətqiqatlar Bürosu (FTB) və ABŞ prokurorluğu tərəfindən araşdırılır.

Oktyabrın əvvəlində FİFA-nın etika komitəsinin qərarına görə, Yozef Blatter futbol sahəsində işdən 90 gün müddətinə kənarlaşdırılıb. Eyni xarakterli sanksiyalar qurumun baş katibi Jerom Valke və UEFA-nın Prezidenti Mişel Platiniyə qarşı da tətbiq olunub. 

FİFA prezidenti vəzifəsindən 90 gün müddətinə kənarlaşdırılan Yozef Blatter 2018-ci il dünya çempionatına ev sahibliyi etmək hüququnun gizli razılaşma nəticəsində Rusiyaya verildiyini etiraf edib./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar