Böyük qalmaqal: Obama hələ belə təhqir olunmamışdı - VİDEO
06.09.2016 675 0.0 0

"Mən müstəqil və suveren ölkənin dövlət başçısıyam. Mənə sayğı göstərməli, nəyi nə zaman, necə etməyimlə bağlı göstəriş və əmrlər verməməlisən. Suallar və bəyanatları səpələməyə dəyməz. Bizi insan haqlarını pozmaqda suçlamazdan əvvəl ölkəmizdə nələr baş verdiyini anlasınlar. Əxlaqsız qadının oğlu, səni sammitdə lənətləyəcəyəm!"

ABŞ prezidenti Barak Obamaya ünvanlanmış bu aşağılayıcı sözlərlə Filippin prezidenti Rodriqo Duterte çıxış edib.

Qazeta.info Milli.az-a istinadən bildirir ki, Laosda keçiriləcək Şərqi Asiya Ölkələri sammiti əsnasında mətbuat konfransında jurnalistlərin suallarını cavablayarkən Duterte isteriyaya qapılıb.

Rəsmi Vaşinqton bu biabırçı insidentlə bağlı mövqeyini açıqlayıb. Ağ ev bəyan edib ki, Laosdakı sammit əsnasında ABŞ və Filippin arasında yüksək səviyyədə görüşə "ehtiyac duyulmur". Yəni Barak Obama Rodriqo Duterte ilə görüşməkdən boyun qaçırıb.

Bu ilin avqustunda Filippin prezidenti R.Duterte ABŞ-ın ölkədəki səfiri Filip Qoldberqi "tula oğlu" və "homoseksualist" adlandırmış, onu Filippinin daxili işlərinə "burun soxmaq"da suçlamışdı.

Filippin prezidentini sinirləndirən məqam ölkədə narkoticarətə və mütəşəkkil narkobandalara qarşı aparılan mübarizənin əndazədən çıxaraq məhkəməsiz qətllərə çevrilməsi ilə bağlı Qərb ölkələrinin, xüsusilə də ABŞ-ın narazılığını bəyan etməsidir.
Dünən Barak Obama Filippin prezidentinin bəyanatını şərh edib.

"Onun parlaq bəyanatları ilə indiyədək də qarşılaşmışam. Komandama göstəriş verdim ki, öyrənsinlər, görək Filippin prezidenti ilə məhsuldar və konstruktiv dialoqumuz alına bilərmi. Təbii ki, Filippin xalqı dostumuz və müttəfiqimizdir. Amma problem Filippində narkoticarətlə mübarizənin necə aparılmasındadır", - Barak Obama deyib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar