Heydər Əliyev prospektinin şəhər istiqamətindən Böyükşor qovşağına qədər olan hissəsinin aprelin 12-dən aprelin 13-ə keçən gecə bağlanması nəzərdə tutulsa da, Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC planlaşdırılan qrafiki qabaqlamaq məqsədilə həmin hissədə nəqliyyatın hərəkətini dayandıraraq təmir işlərinə start verib.Bu barədə “Azəryolservis”ASC-nin mətbuat xidmətinə istinadən məlumat verilib.
Məlumata görə, bu gün səhər saatlarından Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb. Hazırda Böyükşor qovşağının qarşısından şəhər istiqamətinə mövcut asfalt-beton örtüyünün üst qatının frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri davam etdirilir. Paralel olaraq Bağırov körpüsünün ətrafında yağış kanalizasiya sisteminin quraşdırılması üçün müvafiq işlər aparılır./trend/