Böyük döyüş baş tutacaq
19.05.2015 766 0.0 0

Şiə hərbçiləri İŞİD terror qruplaşmasına qarşı əks-hücuma keçmək üçün İraqın Ramadi şəhərinin şərqində toplaşırlar. 

Məlumata görə, Ənbar əyalət şurasının rəhbəri Sabah Karhut deyib ki, şiə qoşunları indi Ramadidən təxminən 20 km məsafədə yerləşən Həbbaniyədə gözləmə vəziyyətindədir.

İraqın dövlət televiziyası bildirib ki, tanklar və digər hərbi avadanlıq əl-Həbbaniyə hərbi düşərgəsinə daxil olub. Məlumata görə, bpyük qarşılaşma baş tutacaq. Belə ki, İŞİD döyüşçüləri bazaya doğru hərəkət edir.

Bəyanatda deyilir ki, təxminən 3000 şiə döyüşçüsü Ənbara yetişib və “İŞİD döyüşçüləri tərəfindən tutulmuş bütün Ramadi ərazilərinin azad edilməsində” iştirak edəcəklər. Lakin İŞİD döyüşçüləri də Ramadidən Həbbaniyə bazası yaxınlığındakı əl-Xalidiyə şəhərinin kənarına irəliləyiblər. 

İraq qoşunlarının şəhəri tərk etməsi nəticəsində təxminən 500 nəfərin öldüyü bildirilir. Rəsmilərin bildirdiyinə görə, insanlar Ramadini “kütləvi şəkildə” tərk edirlər. Lakin ABŞ bildirib ki, Ramadi şəhərinin geri qaytarıla biləcəyinə əmindir.

Ramadi İraqın ən böyük əyaləti olan Ənbarın paytaxt şəhəridir və Bağdaddan 112 km qərbdə yerləşir. İŞİD tərəfindən verilmiş bəyanatda bildirilir ki, onun döyüşçüləri “bütün şəhəri təmizləyiblər”. Bəyanatda deyilir ki, İŞİD 8-ci Briqadanın hərbi bazasını ələ keçirib və qoşunların buraxıb getdiyi tanklara və minaatanlara yiyələniblər. Ənbar icra hakimiyyətindəki mənbədən BBC-yə verilən məlumata görə, Ramadi artıq İŞİDnin tam nəzarətindədir və bütün hökumət qüvvələri çıxarılıb. Baş Nazir Heydər əl-Abadi qoşunlara mövqelərində dayanmaq əmri verib və bildirib ki, o şəhərə şiə hərbçilərini göndərəcək.

Qeyd edək ki, Xalq Səfərbərliyi kimi tanınan şiə döyüşçüləri, aprel ayında Bağdadın şimalında yerləşən Tikrit şəhərinin İŞİD-dən geri qaytarılmasında əsas rol oynayıb. Lakin onlardan istifadə edilməsi ABŞ-ın narahatlığına səbəb olub./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar